Təbabət, təbii məhsullar

New
Badam yağı
25.0 AZN
Badam yağı 250 mlTərkibi: Olein, linol, palmitin yağ turşuları, amiqdalin qlikozidi, fitosterollar, A, E, F, B2 vitaminləri, bioflavonoidlər, minerallar (Mn, Na, P, Fe, Zn).Farmakoloji təsiri:Yüngül qidalandırıcı yağdır. Tərkibində təbii antioksidant olan, hüceyrənin qocalmasını ləngidən və dəridə gedən iltihabi proseslərin qarşısını alan E vitamini, həmçinin piy vəzilərinin fəaliyyətini yaxşılaşdıran və onların axacaqlarının genişlənməsinin qarşısını alan, tüklərin böyüməsini təmin edən və onların elastikiyini, parlaqlığını qoruyan F vitamini vardır. Tərkibində olan A vitamini dərini sağlamlaşdırır, nəmləndirir, regenerasiyaedici təsir edərək dəridə olan yara və sıyrıntıların sağalmasını sürətləndirir. Tərkibində külli miqdarda olan olein turşusu hesabına dəriyə asanlıqla hopur və yayılır, qidalandırıcı, nəmləndirici, iltihab əleyhinə, ağrıkəsici və yumşaldıcı təsir göstərir. Saç follikullarını bərkidir, tökülmənin qarşısını alır.İstifadəsinə göstəriş: – Quru və yağlı saçlar– Saçların tökülməsi– Gözətrafı qırışlar– Kobudlaşmış dəri və sellülit– Quru dermatit– Süd vəzisində durğunluq– Günəş və məişət termiki yanıqları– Dərinin kiçik zədələnmələri– Ekzema– Xolesistit, xroniki hepatit– Xroniki qəbizlik, kolit– Herpesİstifadə formaları və qaydası:                                                                                                         Daxilə:5 ml (1 çay qaşığı) gündə 2-3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl.Xaricə:Badam yağını bədən, üz, əl dərisini və saç dibini masaj üçün, kosmetik vasitələrin (krem, maska, şampun, gel və losyon) tərkibini zənginləşdirmək üçün istifadə etmək olar.Yağlı saçlar üçün badam yağı təmiz halda istifadə edilir: saçları yumazdan öncə bir neçə damcı yağ saçlara köklərindən uclarına qədər çəkilir. Quru saçlar üçün yuyulduqdan sonra bir neçə damcı yağ saçlara köklərindən uclarına qədər çəkilir.Quru dəri və saçlar üçün:7 ml badam yağı 100 ml kosmetik vasitəyə.Normal dəri və saçlar üçün:5 ml badam yağı 100 ml kosmetik vasitəyə.Yağlı dəri və saçlar üçün:3 ml badam yağı 100 ml kosmetik vasitəyə.Masaj:Masaj yağı kimi tək halda və ya efir yağları ilə birlikdə (10 ml badam yağına 3-6 damcı istənilən efir yağı) istifadə olunur...
Bəkməz
15.0 AZN
Propolis, keçi buynuzu, zəncəfil və s. 250 ml..
Çaytikanı yağı
Çaytikanı yağı 250 mlÇaytıkanı "padşah giləmeyvəsi" adlandırırlar və bu səbəbsiz deyil. Çaytikanı çox zəngin vitamin-mineral tərkibinə malikdir.Çaytikanı yağı çox effektli müalicəvi vasitə sayılır. Çaytikanı yağı həm xalq, həm də ənənəvi tibbdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.Çaytikanı yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir.Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir.A və C vitaminləri güclü antioksidantlar sayılır. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma prosesləri ləngidir, immun sistemini möhkəmləndirir, orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur...
Ilan yağı
35.0 AZN
Ilan yağı 120 mlHemani İlan yağıİlan yağının saç üçün faydalı olduğunu bilməyən yoxdur. İlan yağını saçında keçəlləşmə olanlar, saç tökülməsi olan kəslər istifadə edə bilərlər. Bu möcüzəvi yağ baş dərisini müalicə edir və saç hüceyrələrini bərpa edir. Hemani İlan yağını istifadə etdikdə effekti tez bir zamanda hiss edəcəksiniz...
İlan yağı
0.0 AZN
Ilan yağı 65 mlHemani İlan yağıİlan yağının saç üçün faydalı olduğunu bilməyən yoxdur. İlan yağını saçında keçəlləşmə olanlar, saç tökülməsi olan kəslər istifadə edə bilərlər. Bu möcüzəvi yağ baş dərisini müalicə edir və saç hüceyrələrini bərpa edir. Hemani İlan yağını istifadə etdikdə effekti tez bir zamanda hiss edəcəksiniz...
Küncüt yağı
20.0 AZN
Küncüt yağı 250 mlKüncüt yağı çox xeyirli müalicəvi məhsuldur. Bizim eramızda çox-çox əvvəl Qədim Vavilonda, Qədim Çində, Qədim Misirdə küncüt yağı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.Dahi Avisennanın elmi əsərlərində küncüt yağının faydalı xüsusiyyətləri və onun tibbdə istifadəsi haqqında məlumat var.Təbii küncüt yağı bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.Küncüt yağı ürək-damar sisteminin fəaliyyəti üçün çox xeyirlidir. Küncüt yağı qan damarların divarlarını möhkəmləndirir və onların elastikliyini artırır, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini normada saxlamağa kömək edir, qanın tərkibinə müsbət təsir edir.Küncüt yağı qanın laxtalanması ilə bağlı olan bir çox xəstəliklər və pozulmalar zamanı (hemorragik diatez, trombopeniya və s.) sübut olunmuş müalicəvi təsir edir...
New
Kətan yağı
30.0 AZN
Kətan yağı 250 mlKətan toxumları insan orqanizmi üçün çox vacib olan yağ turşuları, Omeqa 3, 6, mineral və vitaminlərlə zəngindir. Əslində bu yağı salatlarda, qidalarda hər gün istifadə etməliyik, amma bizim mətbəximizə yad olduğu üçün, heç olmasa gündə 1 qaşıq təmiz, soyuq sıxılma kətan toxumu yağı içmək olar. Tibb.fins.az bir qaşıq kətan yağının faydalarını təqdim edir. 1. Pis xolesterini azaldır, damarların divarının sağlamlığını, keçiriciliyini qoruyur2. Xərçənglə mübarizə aparır 3. Dərini bərpa edir, səpki və qaşınmanı aradan qaldırır 4. Orqanizmdə orqan və toxumalarda müxtəlif iltihabi ocaqları sağaldır, antibiotik kimi təsir edir5. Təzyiqi normallaşdırır, ürəyə yaxşı təsir edir 6. Həzmi qaydaya salır, mədə divarlarını bərpa edir Hamilə, azyaşlı uşaq, epilepsiya xəstələrinə olmaz...
New
Qara zirə yağı
Qara zirə yağı 250 mlTərkibi: Efir yağları, essensial yağ turşuları, fitosterinlər, amin turşuları, qlikolipidlər və fosfolipidlər, tanin, melantin, nigellisin, minerallar (Fe, Na, Cu, Zn, P və Ca).Farmakoloji təsiri:Qara zirə ağrıkəsici, antibakterial, göbələk və virus əleyhinə təsirlərə malikdir. Qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə təsir edir və trofik yaraların sağalmasını sürətləndirir. İmmun sistemi möhkəmləndirir, arterial təzyiqi salır, qaraciyərqoruyucu, antioksidant xüsusiyyətlərə malikdir. Maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır, şiş hüceyrələrinin əmələ gəlməsini və böyüməsini ləngidir. Antiallergik təsir göstərir, bronxları genişləndirir, qanyaranmanı sürətləndirir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini artırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansını tənzimləyir, cinsi qabiliyyəti artırır...
Şampun
18.0 AZN
Arqan yağlı, sarmısaq yağlı və zeytun yağlı şampunlar 700 ml..
Ud Hidi tozu
5.0 AZN
Ud Hidi tozu 100g..
Göstərilir: 1 . 10 -ə 10 -dən (1 səhifə)