0 şərh  |  Şərh yaz
Məhsulun Kodu: Küncüt yağı
Mövcudluq: Anbarda
20.0 AZN

Küncüt yağı 250 ml

Küncüt yağı çox xeyirli müalicəvi məhsuldur. Bizim eramızda çox-çox əvvəl Qədim Vavilonda, Qədim Çində, Qədim Misirdə küncüt yağı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.

Dahi Avisennanın elmi əsərlərində küncüt yağının faydalı xüsusiyyətləri və onun tibbdə istifadəsi haqqında məlumat var.

Təbii küncüt yağı bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Küncüt yağı ürək-damar sisteminin fəaliyyəti üçün çox xeyirlidir. Küncüt yağı qan damarların divarlarını möhkəmləndirir və onların elastikliyini artırır, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini normada saxlamağa kömək edir, qanın tərkibinə müsbət təsir edir.

Küncüt yağı qanın laxtalanması ilə bağlı olan bir çox xəstəliklər və pozulmalar zamanı (hemorragik diatez, trombopeniya və s.) sübut olunmuş müalicəvi təsir edir.

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
Etiketlər: Küncüt yağı